Maili qazma

neft və qaz quyularının şaqula nisbətən müəyən bucaq altında qazılması. M.Q.- dən sahənin relyefi şaquli qazma üçün əlverişli olmadıqda, yəni neft və qaz yataqları dəniz, göl, yaşayış məntəqəsi və s. – nin altında yerləşdiyindən qazma avadanlığı quraşdırmaq mümkün olmadıqda; kiçik meydançadan müxtəlif istiqamətlərə bir neçə quyu qazmaq lazım gəldikdə istifadə edilir.
Magistral neft kəməri
Maqnit tutucu
OBASTAN VİKİ
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 6,660 nəfərdən çoxdur. Qazma bələdiyyəsinin tərkibinə Qazma, Bədağar, Darvazbinə, Cillik, Öküzovtala və Şambulbinə kəndləri daxildir. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, qoz, qarğıdalı yığımı, maldarlıq, arıçılıq, tütünçülükdür (son illərdə az sayda). Yaşayış məntəqəsinin ilk evləri vaxtilə sadə yeraltı ev tipli qazmalardan ibarət olduğuna görə ona belə ad verilmişdir. Qazma tipli yaşayış yerləri kənddə XX əsrin 50-60-cı illərinə qədər istifadə edilmişdir. Kənd əhalisi arasında olan versiyaya görə Qazma kəndi qədimdə sıx meşəlik ərazi olmuş, bura ilk köçən insanlar özlərinə torpağın altında qazma sığınacaqlar düzəltmişlər. Tarixçi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin fikrinə görə Gereyli, Tülü, Qullar Qazma və Katak kimi kənd adları qədim Bulqar türkləri ilə bağlı olub, II-IV əsrlərdə formalaşmışdır. Qazma kəndinin əhalisi arasında "Qoz tala" adı ilə tanınan hissəsində, 2010-cu ildə kənd sakinlərindən birinin fındıq bağında kurqan-nekropol aşkar edilmişdir. Arxeoloq N.Muxtarovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar çox maraqlı faktları, o cümlədən çox qədim bir məbədin qalıqlarını üzə çıxardı.
Maili zireh
Maili zireh və ya əyri zireh, nə şaquli, nə də üfüqi olmayan zirehdir. Bu növ zireh, ümumiyyətlə tanklar və digər zirehli döyüş maşınları kimi quru nəqliyyat vasitələrində və zirehli döyüş gəmiləri və kreyserlər kimi hərbi gəmilərdə olur. Bir zireh lövhəsini əymək, görüş xətti boyunca lövhənin təsirli qalınlığını artırır. Maili zireh zireh dəlici mərmilər kimi kinetik enerji əsaslı KE mərmiləri və döyüş raketi kimi tank əleyhinə silahların zirehi dağıtmasını çətinləşdirir. Bir lövhəyə 90°-dən başqa bir bucaqda çırpılan mərminin, eyni lövhəyə şaquli bir formada çırpılması zamanına nisbətən daha böyük bir zireh qalınlığından keçməsi lazımdır. Sonuncu vəziyyətdə, yalnız lövhə qalınlığı (zireh səthində) deşilməlidir; Verilmiş bir lövhə qalınlığı üçün zireh yamacının artırılması, üfüqi müstəvidə ölçülən qalınlığı və mərminin hücum bucağını artıraraq təsir nöqtəsindəki zirehin qorunma səviyyəsini artırır. Başqa bir təsiri mərminin yan keçməsi, deformasiyası və sıçramasıdır. Mərmi zireh lövhəsinə ona dik olmayan bir bucaq ilə vurulduqda, mərminin yolu əyri ola bilər ki, bu da öz növbəsində daha çox zirehin keçilməsinə səbəb olar - və ya tamamilə mərmi sıçrayaraq başqa istiqamətə gedə bilər. Bundan əlavə, mərmi əyilər və beləliklə də zireh dəlmə xüsusiyyəti azala bilər. Bununla birlikdə, bu təsirlər istifadə olunan zirehin materialından və onu vuran mərminin xüsusiyyətlərindən çox asılıdır: yamac hətta daha yaxşı bir nüfuz etmə yeni, dəlmə qabiliyyətinə də səbəb ola bilər.
Küsnət qazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. == Toponimikası == Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.
Qazma (dəqiqləşdirmə)
Qazma - Balakən rayonunda kənd. Qazma ev - Qədim yaşayış məskəni.
Qazma baltası
Qazma baltası — yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Qazma bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qazma ev
Qazma — Azərbaycaının ən qədim məskən tiplərindən biri. Mağara tipli yaşayış evlərinin sonrakı mərhələsini qazma, yarımqazma adlandırırdılar. Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində bu tip evləri pəyə evlər kimi də adlandırıblar. Planda düzbucaqlı olan bu tip evlər, onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərdə son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşaqaydası bəsit olduğundan, onları hər kəs özü tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində (güney) tikiləcək ev üçün ilk növbədə yer müəyyənləşdirib kalafa qazılırdı. Kalafanın arxa və ya iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördü də torpaqdan olurdu. Kalfa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1,5-1, 7 m aralı dirəklər basdırılır, üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə "hərmə" (pasna) adlanan yastı ağaclar uzadılırdı.
Qazma mağarası
Qazma mağarası — Ordubad və Şərur rayonları ərazisində 1983-cü ildə aşkarlanmış və paleolit dövrünə aid düşərgə. O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb. 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir. 6 mədəni təbəqə qeydə alınmışdır. 1-2-ci təbəqələrdən Orta əsrlər və Tunc-Eneolit dövrü maddi mədəniyyət qalıqları tapılmışdır.Düşərgənin aşağı təbəqələrindən isə Daş dövrü nümunələri aşkarlanıb.Qazma mağarasından aşkar olunmuş daş məmulatının hazırlanma texinkası və tipologiyası əsasında alimlər burada Mustye mədəniyyəti dövründə yaşayış olduğunu deyirlər. Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır.
Qazma məhlulu
Qazma məhlulu — Geotexniki mühəndislikdə qazma məhlulu torpaqdakı buruq quyularını qazmağa kömək etmək üçün istifadə edilir. Qazma mayesi tez-tez istifadə olunan neft və təbii qaz və həmçinin də kəşfiyyat qazma quyusunda artezian quyularındakı kimi çox sadə buruq quyularında istifadə olunur. Qazma mayesi tez-tez gilli məhlul da adlandırılır. Qazma mayesinin üç əsas növü var:su əsaslı qazma məhlulu (hansı ki dipers və qeyri-dispers ola bilir) , adətən neft əsaslı gilli məhlul adlanan qeyri sulu məhlullar və qazların geniş çeşidi istifadə oluna bilən qazəmələgətirici qazma məhlulu. Qazma məhlulunun əsas funksiyasına quyu lüləsinə daxil olan lay mayelərinə olan təzyiqin qarşısını almaq, qazma zamanı qazma baltasını təmiz və sərin saxlamaq, qazma suxurlarını çıxarmaq daxildir. Xüsusi iş üçün istifadə olunan qazma mayesi laydakı zərərdən qaçmaq və korroziyanı məhdudlaşdırmaq üçün seçilib. Qazma məhlullarının bir çox növləri gündəlik istifadə olunur. Bəzi quyular tələb edir ki, dəliyin müxtəlif hissələrində qazma məhlulunun müxtəlif növlərindən istifadə olunsun və ya bəzi növləri digərləri ilə kombinasiyada istifadə olunsun. Ümumiyyətlə mayenin müxtəlif növləri bir neçə geniş kateqoriyaya bölünür: Hava:Sıxılmış hava ya quyunun dairəvi yeri ilə aşağı ya da qazma kəmərinin özünün aşağısına vurulur. Hava/su: Su əlavə etməklə özlülüyü artırmaq, quyunu yumaq, daha soyuq olmasını təmin etmək və təmizliyinə nəzarət etməkdir.
Qazma qurğuları
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Hər bir layihə olunmuş quyu üçün qazıma avadanlığı komplekti və qurğusu seçildikdə geoloji və iqlim şəraiti, yer səthinin relyefi, qazmanın növü və s. amillər nəzərə alınır. Seçilmiş komplekt və qazma qurğusu bu göstərilən mümkün qədər müvfiq olmalıdır. Bundan başqa hər bir qazma qurğusu aşağıdakı tələbləri ödəməlidir: Qazma qurğusu çox sadə olmaqla qazma prosesini tamamilə təmin etməlidir; Qurğunun qurulması və sökülməsi mümkün qədər az vaxt tələb etməlidir; Qurğuda qazma prosesi və endirmə qaldırma əməliyyatı mexanikləşdirilməlidir; Qazma qurğusu təhlükəsizlik tələblərini tam təmin etməlidir; Qurğu bir nöqtədən başqa nöqtəyə olduqca rahat və sökülmədən aparılmalıdır; Qurğu iqtisadi cəhətdən mümkün qədər ucuz başa gəlməlidir. və s. Ümumi halda qazma qurğuları stasionar və səyyar olur. Səyyar qazma qurğuları tırtıllı traktor, avtomaşın və sürüngəclər üzərində quraşdırılmış dayaz və nisbətən dayaz quyuların qazılmasında tətbiq edilir. Güc intiqallarına görə qazma qurğuları fərdi və qrup ilə işləyən olur. Enerjinin növünə görə isə qazma qurğuları: elektrik intiqallı, dizel intiqallı və elektrik-dizel intiqallı ola bilər.
Qımıl-qazma
Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır. Qımılqazma oyk., miir. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir.
Sumağava Qazma
Sumağava Qazma — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Xəndək (qazma)
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Böyükdüz maili düzənliyi
Böyükdüz maili-düzənliyi — Şərur maili düzənliyindən şərqdə Qarabağlar-Xok-Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir. İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır. == Ümumi məlumat == Böyükdüz Naxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. Şimaldan cənuba doğru 19-20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır. Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini isə quru dərələr zəif parçalamışdır.
Culfa maili düzənliyi
Culfa maili düzənliyi — Arazboyu düzənlikdə Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edən düzənlik. == Haqqında == Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır. == Bitki örtüyü == Culfa düzünün əsas bitkisi yovşan, gəvən və şorangədir.
Kəngərli maili düzənliyi
Kəngərli maili düzənliyi — Böyükdüz maili düzənliyinin şimal-qərbində yerləşən düzənlik. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur. Düzənliyin səthi zəif parçalanmışdır. Lakin ətrafı orta hissəyə nisbətən daha artıq parçalanmış və əhəng daşları, travertinlər üzə çıxmışdır. Bu süxurlar Muxtar respublikada mövcud olan tikinti materiallarının əsasını təşkil edir.
Naxçıvan maili düzənliyi
Naxçıvan maili düzənliyi — Naxçıvan Muxtar Respublikasının ən böyük düzənliklərindən biri olub, Arazboyu maili düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Duzdağ tirəsi, cənub-qərbdən Araz çayı, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi, şimali-şərqdən Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu düz Naxçıvançay və onun aşağı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır. Naxçıvan maili düzənliyi əsasən Naxçıvançayın və onun qollarının gətirmə konusu çöküntülərindən əmələ gəlmişdir. Naxçıvan düzənliyinin mütləq hündürlüyü 760 m-dən 1100 m-ə qədər olub, sahəsi 320 km2–dən artıqdır. Bu düz başlıca kənd təsərrüfatı zonası olmaqla, qədim suvarma əkinçiliyinin inkişaf etdiyi ərazilərə aiddir. O, Babək rayonu ərazisinin əsas hissəsini təşkil edir. Naxçıvan düzü Naxçıvançayın gətirmə konusunun geniş bir hissəsini əhatə edir. Ərazidə qədimdən suvarılan və orta dərəcədə yuyulmuş gillicəli torpaqlar yayılmışdır. Tamamilə əkin yerinə çevrilmiş bu sahənin təbii bitkiləri yovşanlardan, taxılkimilərdən, qismən şoranlardan və efemerlərdən ibarətdir.
Ordubad maili düzənliyi
Ordubad maili düzənliyi — Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis, Ordubad və Gənzə çayları vasitəsilə gətirilən allüvial- prollüvial çöküntülərdən əmələ gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə edərək, Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel çöküntüləri şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır. Qeyd etmək lazımdır ki, Arazboyu düzənlik geoloji dövr ərzində çökmə süxurlardan yaranmış, sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların gətirdiyi allüvial-prollüvial çöküntülərlə mürəkkəbləşmişdir. Burada müşahidə edilən sel çöküntülərinin içərisindəki iri daşların sayı və həcmi Əylis çayına nisbətən azdır. Adları çəkilən çaylardan keçən sellər maili düzənliklərdə yerləşən yaşayış məntəqələrinə, kənd təsərrüfatına, şose və dəmiryollarına ciddi zərər vurur. Dəstə və Ordubad maili düzənliklərinin əsas bitkiləri gəvənlərdən, yovşandan, gəngizdən və s. ibarətdir.
Qusar maili düzənliyi
Qusar maili düzənliyi Azərbaycanın şımalında Qudyalçay və Samurçay arasında maili düzənlik. Yan silsilənin ətəklərindən başlayır və Samur-Dəvəçi ovalığına qədər uzanır. Quba və Qusar rayonlarının inzibati ərazisinə uyğun gəlir. Qusar maili düzənliyi Azərbaycnın şimalında Böyük Qafqazın şimal şərqində yerləşir. Düzənlik qərbdə daha geniş (25-30 km) olub, cənub-şərqdə ensizləşərək Gəndob kəndi ətrafında qurtarır. Onun səthini bir sıra çayların qolları kəsir. Bunlardan Qusarçay, Qudyalçay daha dərinə kəsilmiş və yamacları qutuvari dərələr əmələ gətirmişdir. Qusar maili düzənliyi əsasən yuxarı pliosen və dördüncü dövrün qalın çınqıldaşı, qum və giləciklərindən əmələ gəlmişdir. Böyük Qafqaz dağları qüvvətli qalxdıqda düzənliyin cənub kənarı da qalxmağa başlamış və onun səthi maili vəziyyətə düşmüşdür.Qusarçayın dərəsi boyu düzənliyin cənub-qərb hissəsi 1900 metrə qədər qalxmışdır.Buna görə də bu sahələr dağlıq xüsusiyyətə malikdir. Maili Qusar düzənliyindən cənub-şərqdə Samur-Dəvəçi ovalığı ilə yan silsilə arasında paleogen və neogenin dəniz və kontinental çöküntülərindən qurulmuş alçaq dağlar sıralanır.
Sust maili düzənliyi
Sust maili düzənliyi — dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xüsusən sel çöküntülərindən təşkil olunmuş düzənlik. Bu düzənlik Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən cənuba olan ərazilərin əsas 13 hissəsini əhatə edir. Düzənliyin şimali-qərbində olan Anabad və Qaraquş dağlarından formalaşan sellər düzənliyin mərkəzinə qədər gəlir. Ona görə də ərazidə selgətirmə çöküntüləri üstünlük təşkil edir. Sust maili düzənliyinin su təminatı olduqca zəifdir. Suvarma və içmək məqsədi ilə yalnız kəhriz sularından istifadə edilir. Təəsüflə demək olarki, kəhrizlərə qarşı laqeydlik sonda Sust kəndinin boşalması ilə nəticələnmişdir. Bu gün kənd təsərrüfatına yararlı olan torpaq sahələri su çatışmazlığından istifadədən kənarda qalır. Maili düzənlik yuxarı dördüncü dövrə aid çay, xüsusilə sel çöküntülərindən ibarətdir. Çalxan, Qaraquş dağları və Qırmızıdaş massivi ərazisində formalaşan struktur sellər bu ərazinin mərkəz hissəsinə qədər gəlib çatır.
Sədərək maili düzənliyi
Sədərək maili düzənliyi - Muxtar Respublikanın şimal-qərbində yerləşən Sədərək düzü cənubdan Arazla, şimal qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə əhatələnir. Düzənliyin orta yüksəkliyi 930 m olmaqla iki terrasdan ibarətdir. Birinci terras Sədərəyin şimal-şərqində qalıq halında, ikincisi isə qum buzlaq çöküntüləri ilə örtülmüşdür. Münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm rol oynayır. Sədərək düzü Cəhənnəm dərəsinin düzənliyə çıxdığı hissədən başlayaraq dəmiryol xəttindən bir qədər qərbə doğru davam edir. Bura Cəhənnəm dərəsinin gətirmə konusundan ibarətdir. Dərənin şərq hissəində iri daşlardan ibarət sel çöküntüləri enli zolaqlar şəklində yayılmışdır. Bu çöküntülər əsasən Sədərək kəndinə qədər davam edir. Kənddən cənub-qərbə isə başlıca olaraq allüvial çöküntülər yayılmışdır. Düzənliyin Ucubiz tirəsinə və Vəlidağa yaxın olan hissələrində gətirmə konusları çökdürülmüşdür.
Şərur maili düzənliyi
Şərur maili düzənliyi — Arpaçayın gətirmə konusundan ibarət düzənlik. Bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780–850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik mailidüzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir. Şərur maili düzənliyinin səthi Şərqi Arpaçay və ondan ayrılmış arxlar, kanallar vasitəsilə parçalanmışdır. Ərazinin torpaq örtüyü əsasən boz-qonur torpaqlardan ibarət olmuşdur. Hazırda dənli bitkilərin yayıldığı sahələrdə tarlalararası zolaqlarda iyli yovşan, barmaqvari çayır, çöl sarmaşığı, hələb kalışı, adi qamış, tülküquyruq acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, quşüzümü, əmənkömənci və s. yayılmışdır. Şərur düzü Naxçıvan MR-in əsas əkinçilik sahəsi hesab edilir.
Qazma işlərində təhlükəsizlik (film, 1936)
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu — rayon ərazisi Arazboyu, Cəbrayıl, Gəyən düzənliklərini əhatə edib, Zəngilan rayonundan başlamış şimal — şərqdə Xocavənd rayonu ərazisinə kimi uzanır və qərbdə, şimal – qərbdə Kiçik Qafqazın ətəklərinə təmas edir. Mütləq yüksəkliyi 200 m-lə 500–600 m arasında dəyişir. Qarabağ silsiləsinin Çaxmaxçayla, İncəçay arasında əyilməyə məruz qalan periklinal sahəsində Üst Abşeron, Dördüncü dövr çöküntüləri 700–800 m-ə kimi qalxmışdır. Denudasion akkumlyativ mənşəli bu düzənliklərin səthi yarğanlarla daha çox parçalanmışdır. Burada quraq iqlim şəraitində arid — denudasiya prosesləri daha çox inkişaf edib çılpaq yamaclar — bedlendlər əmələ gətirmışdir. Ərazidə başlıca olaraq kserofit kollu quru- çöl (400–600 m mütləq yüksəkliklər arasında) və yarımsəhra (260–400m-də) landşaft kompleksləri inkişaf etmişdir. Quru – çöl landşaftı başlıca olaraq Gəyən və Cəbrayıl maili düzənliklərin əhatə edir.(Mikayılov, Əlizadə,1988). Fiziki Coğrafi rayon ərazisində kənd təsərrüfatının üzümçülük, taxılçılıq, heyvandarlıq, pambıqçılıq sahələri geniş inkişaf etmişdir.
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı